Genetik alqoritmlə dizayn edilən robot əl təqdim olunub
Elm & Texnologiya
21.01.2026
Ilhama
Technote.az “Science News” platformasına istinadən bildirir ki, alimlər insan əlindən tamamilə fərqli şəkildə hərəkət edə bilən qeyri-adi bir robot əl hazırlayıblar. Bu robot təkcə əşyaları tutmaqla kifayətlənmir, həm də barmaqlarının ucunda “qaçır”, barmaqlarını geriyə doğru bükə bilir, robot qoldan ayrılıb yenidən ona birləşə bilir və eyni anda bir neçə əşyanı daşıya bilir. Tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.
Layihənin rəhbəri Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçısı Aude Billard bildirir ki, məqsəd insan anatomiyasını təqlid edən klassik robot əllərdən uzaqlaşmaq olub: “Uzun illərdir xəyalım insan əlinə bənzəməyən, tamamilə yeni bir əl dizayn etmək idi. Bu, "əl" anlayışına fərqli prizmadan baxmağa imkan verir".
Tədqiqatçılar dizayn prosesində genetik alqoritm adlı maşın öyrənməsi metodundan istifadə ediblər. Bu alqoritm müxtəlif mexaniki xüsusiyyətlərin birlikdə necə işlədiyini simulyasiya edib və nəticədə sürünə, tutmağa və daşımağa qadir bir neçə fərqli dizayn ortaya çıxıb. Daha sonra laboratoriyada 5 və 6 barmaqlı real prototiplər hazırlanıb.
Paylaş
Bənzər xəbərlər