main-post-cover

    Gizli saxlanılan yeni büdcəli Nokia modelinin texniki özəllikləri sızdırıldı

    24.12.2018
    Farid Pardashunas
        Slashleaks saytı TA1124 nömrəli yeni büdcəli Nokia modelinin texniki göstərici məlumatlarını təqdim edib. Smartfonun tam adı hələki bilinmir. Yeni büdcəli Nokia modelinin ölçüsü böyük olacaq. Belə ki, smartfon 6 düym ekrana sahib olacaq. Qeyd etmək lazımdır ki, HMD Global şirkətinin Nokia smartfonlarındakı ekran üzərində çıxıntı hissə özəlliyindən imtina etməsi səbəbilə bu yeni smartfonun ekranında da çıxıntı hissə olayacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Slashleaks saytının verdiyi məlumata əsasən yeni büdcəli Nokia modeli Snapdragon 439 prossessoru, 2 GB RAM, 32 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 3400 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər