
Gmail'ə daxil olan məktubları tək siz oxumursunuz
Elm & Texnologiya
03.07.2018
Emil
2017-ci ildə Google şirkəti
bildirmişdi ki, o, Gmail-ə daxil olan məktublardan istifadəçi məlumatlarını
artıq əldə etmir. Bununla belə şirkət kənar tərtibatçılara istifadəçilərin məktublarını
oxumağa icazə verir. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumatda
qeyd olunub ki, Google şirkəti kənar tərtibatçıların istifadəçi məktublarını
oxuma prosesini və onlardan əldə olunan məlumatların hansı məqsədlə istifadə
edildiyini idarə etmir. Həmin tərtibatçılar kommersiya məqsədli istifadəçi məlumatlarını
yığan şirkətlər ilə əməkdaşlıq edirlər. Məsələn Return Path adlı şirkət əsasən
Gmail, Microsoft ə Yahoo hesablarına qoşulu olan pulsuz tətbiqlərdən olan məlumatları
yığır.
Məlumatda qeyd olunub ki, Return Path şirkəti iki milyona yaxın insanın
elektron poçt ünvanlarına gələn məlumatları əldə edə bilir. Hal hazırda Return
Path kimi şirkətlərin və ya digər tərtibatçıların yığdıqları bu məlumatlardan
sızıntıların olub-olmadığı barədə məlumat yoxdur. Google şirkəti isə istifadəçi
məlumatlarını yığan pulsuz tətbiqlərin sayını tam olaraq açıqlamır. Bununla
yanaşı şirkət dəfələrlə qeyd edir ki, tərtibatçılar həmin məlumatları istifadəçilərin
razılığı olmadan onları üçüncü tərəfə göstərə bilməzlər. Həmçinin şirkət
sözügedən məlumatların kopyalanmasını və onların saxlanmasını qadağan edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
