Gmail'ə dinamik e-mail funksiyası gəlir

Gmail'ə dinamik e-mail funksiyası gəlir

Texnologiya
22.11.2019 PAYLAŞIM

        Google şirkətinin ən sevilən servislərindən olan Gmail-in mobil versiyalarına yeniliklər gəlməyə davam edir. Hal-hazırda Web versiyasında olan AMP for Email funksiyası Android iOS versiyasına da gəlir. Bu ilin fevral ayından istifadəyə verilən bu özəllik çox keçmədən web versiyada istifadəçilərə təqdim olundu. Bu funksiya vasitəsilə şirkətlər e-maillərini sankı saytda gəzirmişcəsinə özəlləşdirə bilməklərinə imkan yaradır. 

Google bu gün etibarı ilə Gmail-in Android və iOS versiyalarının bu funksiyaya malik olacağını dedi və e-maillərin dinamik görünməsi default özəllik olaraq aktivləşəcək. Yəni xüsusi bir şey etməyə ehtiyac qalmayacaq.


        Google rəsmiləri qeyd edir ki, Gmail servisinə 3-tip tətbiqlər vasitəsilə giriş edən istifadəçilər dinamil e-maillərdən istifadə edə bilməyəcəklər. Yəni Gmail istifadə etmək şərtdir. Dinamik E-maillərin ən üstün tərəfini belə izah edə bilərik ki, bir satış saytından sizə mail gəlib və maildə hər hansı bir mal göstərilir. Siz o malı sayta keçid etmədən mailin içində sifariş edib ala biləcəksiniz. Digər tərəfdən dinamil maillərin içində olan şeylər daimə yeniliyini qoruyur. Yenə bir misal üzərindən izah etsək, əgər bir satış saytından mal gəlibsə və qiyməti 10 dollar olaraq göstərilirsə siz o maile 10 gün sonra baxanda malın 10 gün sonrakı qiymətini görə biləcəksiniz. Bu funksiya həmçinin açıq standart kodlu olduğu üçün Mail.ru Outlook.com kimi servislər də işlədə bilər, əgər şirkətlər servislərinə AMP for Email funksiyasını əlavə etsələr. Bizim fikrimizcə Gmail üçün çox maraqlı bir yenilikdi. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×