Gman ləqəbli oyunçu, PlayStation 2-nin portativ versiyasını yaratdı (VİDEO)
Elm & Texnologiya
28.05.2017
Farid Pardashunas
PlayStation 2, indiyənə kimi yaradılmış ən yaxşı oyun konsollarından biri hesab olunur.
Geniş və müxtəlif növ oyunlar, PlayStation 2-ni konsolların
6-cı nəsli zamanında birinci yerə yüksəltmişdi. Son illər ərzində bir çox
insanlar PlayStation 2-nin portativ versiyasını yaratmağa çalışmışdılar. Lakin
onlardan heç biri uğurla nəticələnmədi. Bu işdə ən tutarlı uğuru qazanan yeganə
şəxs isə hələki Gman ləqəbli oyunçu hesab edilir. Gman ilk dəfə olaraq portativ
konsol adına layiq kiçik PS2 versiyanı yaradıb. Bunu etməyə çalışmış digər şəxslərdən
fərqli olaraq Gman, enerji tutumu üçün nəzərdə tutulmuş batareyanı korpusun
daxilinə yerləşdirib. Korpusun özü Gman tərəfindən 3D printerdə çap olunub. Konsolun
5 inç-lik ekranı isə eBay-dan sifariş edilib. Ekran, PS2 sisteminə VGA vasitəsilə
qoşulub. Beləliklə daha keyfiyyətli oyun görüntüsü əldə olunur. Portativ
konsolun ətraflı şəkildə hazırlanması haqqında videonu isə aşağıdan izləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!