Goldman Sachs: 'Apple elektromobil hazırlamır. Apple Car pilotsuz avtomobillər üçün platforma olacaq'
Elm & Texnologiya
25.12.2020
Emil Nəcəfov
Goldman Sachs bankının analitikləri investorlara yeni hesabat təqdim ediblər. Həmin hesabatda qeyd edilib ki, Apple şirkətinin Apple Car ilə bağlı istənilən fikri elektromobillər üçün nəzərdə tutulmuş servis platformasının yaradılmasını əhatə edir. Bu barədə 9to5mac saytı xəbər verib. Təqdim edilmiş hesabatda analitiklər Business Insider saytının avtomobil sahəsi barəsində qeydini əsas gətiriblər. Belə ki, Business Insider-ə əsasən avtomobil sənayesi tarixən aşağı dərəcədə sərf edən bir sənayedir. Bu cür fikir bir tərəfdən doğrudur. Lakin vəziyyət dəyişə bilər.
Çünki iPhone-suz smartfon bazarı da aşağı dərəcədə sərf edən bir bazar halına düşür. Lakin Apple bu bazar sayəsində külli miqdarda gəlir əldə edir. Daha sonra analitiklərin hesabatlarında qeyd edlib ki, Apple şirkətinin pilotsuz avtomobillərə böyük maraq göstərməsinin əsas səbəbi ondan ibarətdir ki, bu cür avtomobillərin sərnişinləri öz iPhone smartfonlarında daha çox zaman keçirəcəklər.
“Apple və digər texnoloji şirkətlərin bu biznes ilə məşğul olmaq istəmələrinin əsas səbəbi məhz istehlakçıların sahib olacaqları zaman ehtiyatındadır. Belə ki, gələcək istehlakçılar pilotsuz avtomobil vasitəsilə A nöqtəsindən B nöqtəsinə hərəkət edərkən öz zamanlarını informasiya xidmətlərindən yararlanaraq keçirəcəklər” - deyə Goldman Sachs bildirib.
Analitiklər qeyd ediblər ki, elektromobil Apple üçün məhsul kimi deyil bir platforma kimi maraqlıdır. Nəticədə Goldman Sachs bildirib ki, Apple böyük ehtimal ilə televiziya sənayesinin yolu ilə gedəcək. O, aşağı marjalı avtomobillərin istehsalı əvəzinə elektromobil bazarında xidmət təklif edən təmsilçi rolunu oynayacaq. Maraqlısı ondadır ki, digər nüfuzlu bank olan Morgan Stanley-nin təmsilçiləri düşünürlər ki, Apple Car Tesla ilə ciddi rəqabət aparacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ