
Son 5 ildə “Good Morning images” sorğularının sayı 10 dəfə artıb.
Hindistanda hər 3-cü smartfon gün ərzində öz yaddaş həcmini doldurur. “Google” şirkətinin məlumatına əsasən bunun əsl səbəbi “Sabahın xeyir” tərzli fotolardır. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən gün ərzində Hindistan sakinləri milyon dəfə “Sabahın xeyir” ismarışı göndərirlər. Həmin ismarışlarda həmçinin güllərlə, günəşlə, balaca uşaqlarla və s kimi təsvirlərlə bəzədilmiş fotolar da olur.
Şirkət
bildirib ki, məhz bu cür ismarışlar gün ərzində sakinlərin smartfonlarının
yaddaşlarını yükləyirlər. Bu problemi aradan qaldırmaq üçün 2017-ci ilin Dekabr
ayında şirkət Files Go adlı tətbiqi təqdim etdi. Tərtibatçılar fotolar bazasını
analiz edəndən sonra bu servisə sözügedən ismarışları aşkar edib onları pozmağı
öyrətdilər. Məlumata əsasən Files Go tətbiqini 10 miılyon dəfə yükləyiblər və bu
tətbiq ortalama olaraq hər bir istifadəçinin smartfonunda 1 GB-a kimi yaddaşı
azad edib.
Şərh yoxdur