Google'a qarşı iddia: Axtarış nəticələrini manipulyasiya edir

Google'a qarşı iddia: Axtarış nəticələrini manipulyasiya edir

Texnologiya
19.11.2019 PAYLAŞIM

        Məhşur axtarış sistemi nəhəngi Google'a qarşı açılan məhkəmə işi bir sıra səbəblərdən genişləndirildi. Google axtarış nəticələrini incələyən rəsmilər şirkətin iddia olunandan daha çox manipulyasiya etdiyini aşkarladı. Son illərdə ABŞ-da baş verən qanun dəyişikləri səbəbi ilə bir sıra şirkətlər rəsmi qurumlar tərəfindən analiz edilməyə başlandı. Bu şirkətlərdən biri də Google'dur. Əvvəlcə sadəcə reklamları analiz edilən şirkətin sonradan axtarış sistemi də analiz edilməyə başlandı. Açıqlanan məlumatlara görə axtarış nəticələri Google tərəfindən iddia olunandan daha çox manipulyasiya edilir. 

Böyük şirkətlər axtarışda daha önə çıxarılır.


        İddiaların əsası budur ki, Google qurduğu alqoritm vasitəsilə böyük şirkətləri daha çox önə çıxarır. Nəticədə kiçik şirkətlər geri planda qalaraq trafik və istifadəçidən məhrum qalır. The Wall Street jurnalında yayımlanan məqaləyə və 100 fərqli reportaja əsasən şirkət ciddi dərəcədə manipulyasiya edir. Sübut olaraq isə bir çox kiçik satış saytların eBayAmazon kimi nəhənglər qarşısında daha az göstərilməsidir. Google'un qaydalarına əsasən şirkət deyir ki, axtarışların siyahılanmasında heç bir insan amili yoxdur. Lakin Wall Street jurnal komandası əksini deyir. Google nəhəng partnyorlarına üstünlük qazandırmaq üçün axtarışlara bir başa müdaxilə edir. 

Araşdırmadan əldə edilən digər nəticələr aşağıdakılardır:

  • Avtomatik tamamlama digər axtarış sistemlərinin əksinə öz istəklərinə uyğun filtrlənmiş nəticələr göstərir. 
  • Google mühəndislərinin bir başa axtarış nəticələrinə daxil olaraq istədikləri kimi manipulyasiya edə bilmələri mümkündür.
  • İndekslənən saytlar axtarış zamanı Google alqoritması necə istəyirsə o şəkildə istifadəçilərə göstərilir.
  • Alqoritmlərdəki dəyişikliklər partnyor şirkətlərə uyğun şəkildə olur. 
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×