Google Android ilə iOS'ə Location History'lərin avtomatik silinməsi funksiyasını əlavə etdi
27.06.2019
Farid Pardashunas
Google şirkəti Android və iOS əməliyyat sistemləri üçün Location History-lərin avtomatik silinməsi funksiyasını əlavə etdi. Şirkət həmin funksiyanı hələ bu ilin may ayında anons etmişdi. İndi isə onu istifadəyə verib. Bu barədə Vc.ru saytı xəbər verib. İstifadəçilər yeni funksiya sayəsində özlərinin yerləşdikləri yerlər barəsində məlumat tarixçəsinin Google şirkəti tərəfindən nə qədər müddətlik saxlanmalı lazım olduğunu seçə biləcəklər: 3 və ya 18 ay.
Daha köhnə Location History məlumatlar isə avtomatik şəkildə silinəcək. İstifadəçilər yerləşdikləri yerlər, internetdə və ya tətbiqlərdəki aktivliklər barəsində məlumatları özləri də silə bilərlər. Bununla yanaşı ayarlar vasitəsilə Google şirkətinin bu məlumatları əldə etməsini tamamilə bloklamaq imkanı da olduğu kimi qalacaq.
Auto-delete controls for Location History start rolling out today on Android and iOS, making it even easier for you to manage your data → https://t.co/dX1uoqcR8O pic.twitter.com/Oc3fk66QNm— Google (@Google) June 26, 2019
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ