Logo
    main-post-cover

    'Google', Android P adlı yeni əməliyyat sisteminin yaradılmasına start verdi

    Elm & Texnologiya
    01.09.2017
    Emil

    Android 8.0 Oreo əməliyyat sisteminin təqdim olunmasından bir həftə sonra “Google” şirkətinin proqramçıları, Android P adlı yeni versiyanın hazırlanmasına start veriblər.

    Məşhur əməliyyat sisteminin yeni versiyasının adı, P hərfi ilə başlayacaq. Qeyd etmək lazımdır ki, yeni Android 8.0 Oreo-nu hal hazırda yalnız Pixel Nexus smartfonlarının sahibləri əldə ediblər. İndi isə şirkət, yeni əməliyyat sisteminin hazırlanması ilə məşğuldur. Android P, çoxlu sayda Android Open Source Project (AOSP)-də də hallanır. Orda sistem, master-p kimi qeyd olunub. Bundan əlavə olaarq Android-in 9-cu versiyasının izləri həmçinin AOSP-də də aşkarlanıb. Əməliyyat sisteminin test edilməsi üçün Googleun öz smartfonları qeyd edilib. Yəni, Pixel və Pixel XL modelləri. Görünür yaxın zamanda “Google” hamıya tanış olan oyunu işə salacaq. Söhbət, Android-ə adın seçilməsindən gedir.

    Paylaş
    Bənzər xəbərlər