main-post-cover

    Google, Android R (11)-i Pixel 4 telefonunda test edir: Geekbench nəticələri

    Elm & Texnologiya
    20.01.2020
    Nijat Hamid
            Google, Android 11 (R) sistemi üzərində bir müddətdir ki, işlərə başlayıb. Kiçik-kiçik yeniliklər barədə sizlərə mümkün olduğu qədər xəbərlər çatdırmağa çalışırıq. Bu səfər isə Geekbench platformasının data serverlərində Android R (11) ilə işləyən Pixel 4 smartfonunun nəticələri aşkarlandı.

    Android R istifadə edən Pixel 4-un Geekbench nəticələri Android 10-dan fərqlənmir. 

            Nəticələrdən göründüyü kimi Google, yeni əməliyyat sistemini Android R olaraq adlandırıb. Lakin bilinən məlumatlar üzrə Google artıq sadəcə rəqəmlər istifadə edərək android versiyalarını göstərəcəkdi. Android 11 ilə bağlı çox az məlumatımız var. Belə ki, bu sistem ilə telefon kameraları 4 Gb həcmindən daha çox həcmə malik videolar çəkə biləcəklər. Həmçinin compose/mux adındakı fayl həcminin limitlənməsi də aradan qalxacaq. Nəzərə alsaq ki, Google yaxın zamanlarda Android 11-in tərtibatçı betalarını yayımlayacaq, onda artıq yeni əməliyyat sistemi haqqında məlumatlar əldə edəcəyik. Final stabil versiya adətən Avqust ayında yayımlanır.
    Linki kopyala