main-post-cover

    Google Android smartfonlar arasındakı qorunmuş məlumatların ötürülməsi prosesini sadələşdirib

    Elm & Texnologiya
    07.05.2020
    Emil Nəcəfov
        Yeni Android smartfon alan zaman ona Google istifadəçi hesabından əlavə olaraq bütün tətbiqləri də köçürtmək lazım gəlir. Tətbiqlərdən bəziləri isə yeni smartfona yenidən quraşdırılandan sonra iki mərhələli autentifikasiyanı tələb edirlər. Bütün bu prosesi sürətləndirmək üçün Google şirkəti Authenticator tətbiqi üçün böyük yenilənməni təqdim edib. Bu üsul ilə şirkət qorunan faylların yeni smartfona quraşdırılması prosesini bir neçə saniyəyə reallaşdırır. Bu barədə Engadget saytı xəbər verib.
        Google Authentictor tətbiqinin yeni versiyasında istifadəçi hesablarının bir cihazdan digərinə QR kod vasitəsilə köçürülməsi funksiyası reallaşdırılıb. Skan prosesi isə yeni smartfonun kamerası vasitəsilə edilməlidir. Bu üsul standart kod sorğusu ilə müqayisədə verifikasiya müddətini daha da azaldacaq. Yeni Google Authenticator versiyası mütəmadi şəkildə daha çox istifadəçi üçün aktivləşdiriləcək. Onun yeni versiyasını bir sıra regionlarda artıq Google Play-dən yükləmək olar.
    Linki kopyala