Google CEO-su Sundar Pichai gələcək layihələr çərçivəsində yenidən Apple ilə əməkdaşlıq etmək istəyir

Google CEO-su Sundar Pichai gələcək layihələr çərçivəsində yenidən Apple ilə əməkdaşlıq etmək istəyir

Texnologiya
25.05.2020 PAYLAŞIM

    Apple Google şirkətləri ənənəvi olaraq İT bazarda bir-biriləri ilə rəqabət aparırlar. Lakin koronavirus pandemiyası bu iki şirkətin birləşməsinə və virusun yayılmasının qarşısını almaq üçün birlikdə universal həll yolu yaratmağa məcbur etdi. Bu cür əməkdaşlığa Apple şirkətinin necə münasibət göstərdiyi bilinməsə də görünür, Google şirkəti bu cür əməkdaşlıqlara yenə də hazırdır. Bu barədə Ubergizmo saytı xəbər verib. Google şirkətinin CEO-su Sundar Pichai, Wired saytına müsahibə verən zaman qeyd edib ki, Google və Apple kimi şirkətlər arasındakı əməkdaşlıq çoxlu fayda verə bilər və o, Tim Cook-un şirkəti ilə yenidən birgə çalışmaq istəyir.

“Cəmiyyətin rifahı üçün birgə çalışan böyük təşkilatlar həqiqətən də bütün dünya üçün xeyirlidir. Mən digər əməkdaşlıq növlərinin tapılması üzrə qərarlıyam və Tim Cook-da da bu cür istəyi hiss etmişəm” - deyə Sundar Pichai öz müsahibəsində qeyd edib.

    Bundan əlavə olaraq Sundar Pichai koronavirusa yoluxmuş şəxslər ilə kontaktda olmuş şəxslərin izlənməsi üçün xüsusi texnologiyanın yaradılması yolunda nəyə görə Google şirkətinin Apple ilə birləşdiyinə aydınlıq gətirib. Onun sözlərinə əsasən ilk əvvəl hər iki şirkət bir-birindən asılı olmayaraq bu cür texnologiya üzərində çalışırdı. Lakin müyyən müddətdən sonra hər iki tərəf anladı ki, daha böyük effektivlik üçün bu texnologiya bütün cihazlarda eyni səviyyədə çalşmalıdır. Daha sonra hər iki şirkətin mühəndisləri bir-biriləri əlaqə qurmağa başladılar və Sundar Pichai Tim Cook ilə birbaşa əlaqə yaratmalı oldu. Gələcəkdə bu iki şirkətin hansı layihələr üzrə birgə çalışacaqları bilinmiir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×