
Google Chrome-da yarım milyon dəfə yüklənmiş 4 zərərli əlavə tapılıb
Elm & Texnologiya
17.01.2018
Emil
Chrome brauzeri üçün olan bu əlavələr saxta reklam kliklərinə görə kompüterlərə yayılıblar.
“Icebrg” şirkətinin kibertəhlükəsizlik
üzrə mütəxəssisləri Google Chrome brauzeri üçün 4 zərərli əlavə aşkar ediblər.
Bu zərərli əlavələr isə 500.000 dəfə yüklənilib. Mütəxəssislər zərərli əlavələrin
adlarını açıqlayıblar: HTTP Request Header, Nyoogle, Stickies və Lite
Bookmarks. Bu zərərli əlavələr bir çox kompüterlərdə yayılıblar və daha sonra həmin
kompüterlərdən reklam linklərinə klik kimi istifadə olunub. Bundan əlavə olaraq
sözügedən Chrome əlavələr hackerlər tərəfindən istifadəçilər və bu əlavələrin
olduqları cihaz istehsalçılarının izlənməsi üçün də istifadə oluna bilər. Məlumata
əsasən “Google” bu əlavələrin hamısını silib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
