main-post-cover

    Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək

    Elm & Texnologiya
    12.12.2019
    Farid Pardashunas
        Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları səbəbilə istifadəçinin şifrəsinin oğurlanması barəsində onu məlumatlandıracaq. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə Chrome brauzerinin ayarlarında çoxmərhələli şifrələnmə ilə qorunan yeni funksiya istifadəyə veriləcək. Həmin funksiya isə istifadəçi şifrələrini sızdırılrmış məlumatlar bazası ilə müqayisə edəcək. İstifadəçi şifrələrinin həmin məlumatlar bazasında olduğunun aşkar edilməsi halında brauzer istifadəçini məlumatlandıracaq və şifrələrin dəyişdirilməsi təklifini edəcək.
        Daha öncədən istifadəçi şifrələrinin sızıdırılmış məlumatlar bazası ilə müqayisəsi yalnız ayrıca tətbiq vasitəsilə mümkün idi. Bundan əlavə olaraq Chrome brauzeri fişinq saytarın bazasını yaradıb və həmin baza real zaman ərzində yenilənir. İndiyənə kimi fişinq saytlar bazasına hər 30 dəqiqədən bir yeni məlumatar əlavə olunurdu. Lakin hackerlər domenləri dəyişərək həmin saytları axtarış sistemindən gizlətməyi bacarırdılar. Məlumatda qeyd edilib ki, sözügedən baza fişinq saytlardan olan təhlükəni 30% aşağı salmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər