main-post-cover

    Google Chrome-un Android üçün olan versiyasındakı yeni interfeys brauzerdən istifadəni rahat edəcək

    Elm & Texnologiya
    16.09.2020
    Farid Pardashunas
        Google Chrome brauzerinin Android versiyası bir sıra faydalı funksiyalara sahibdir. Lakin bir çox imkanların mətn formatında təqdim edilməsi nəticəsində brauzerin əsas menyusundan istifadəyə çox zaman gedir. Bu problemi aradan qaldırmaq üçün Google şirkəti Chrome brauzerinin Android versiyası üçün öz interfeys həllini təqdim edib. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə Android üçün olan Chrome versiyasının betasında tərtibatçılar brauzer ayarları ilə qarşılıqlı əlaqəni sadələşdiriblər.
        Bunun üçün onlar menyu hissələrini kateqoriyalara ayırıblar və ayrı-ayrı qruplar üzrə birləşdiriblər. Bununla belə hər bir funksiyanın yanında xüsusi ikon yerləşdirilib, yuxarı qovluq sahəsi isə boz rəngdə reallaşdırılıb. Belliklə yenilənmiş brauzer menyusu 4 kateqoriyadan ibarətdir. Onlardan birincisi yeni qovluqlar ilə, ikincisi brauzer tarixçəsi. yüklənmələr, daha öncə işə salınmış qovluqlar ilə, üçüncüsü “paylaşmaq”, “səhifədə axtarış”, “tərcümə etmək” və “‘əsas ekrana əlavə etmək” funksiyaları ilə, dördüncüsü isə ayarlar menyusu və kömək ilə bağlıdır. Yenilənmiş interfeys Android üçün Chrome 86-da aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər