
Görünür, yaxın zamanda Google şirkəti öz tarixi boyunca ən diqqətə layiq Chromebook modelini təqdim edəcək. Belə ki, yeni Chromebook modeli haqqında məlumat internetdə ortaya çıxıb. Ortaya çıxan məlumata əsasən Atlas kod adlı yeni Chromebook modeli 4K keyfiyyətində ekrana sahib olacaq. Sözügedən cihaz ChromeOS əməliyyat sistemli cihazlar seriyasında premium səviyyəli olacaq.
4K ekrana sahib olacaq Atlas kod adlı
yeni Chromebook modeli Reddit saytının nbsp ləqəbli istifadəçisi tərəfindən
aşkar edilib. O, Atlas haqqında məlumatı Chromium OS üçün olan Google Git
sistemində aşkar edib. Yeni Chromebook-un 4K ekranına sahib olacağından başqa
heç bir məlumat yoxdur. Bundan əlavə olaraq məlumatlar arasında bir neçə digər
cihazların da varlığı qeyd olunub. Onlardan biri 2400x1600, digəri isə
1536x2048 piksel keyfiyyətli ekrana sahib olacaq.
Şərh yoxdur