
Ötən illərdə “Facebook”
tərəfindən edilən 1 milyard dollarlıq təklifi rədd edən “Snapchat”in yaradıcıları
bu dəfə çox daha böyük bir təkliflə qarşı-qarşıya qaldı!2017-ci ilin mart
ayında xalqa təqdim olunan Snapchat yəni
şirkət adı ilə Snap Inc., bundan bir
neçə il əvvəl Facebook tərəfindən
edilən 1 milyard dollar təklifi rədd
etmiş və qarşılığında da Facebook tərəfindən
bütün tətbiqlərinin xüsusiyyətləri kopyalanmaya başlanmışdı.
Business Insider-ın
xəbərinə görə mart ayında Google tərəfindən
şirkətə tam 30 milyard dollar təklif
edildi. Lakin Snapchat-in CEO-su Evan Spiegel bu təklifi də rədd edib.Snapchat-i satmaq
istəmədiyini daha əvvəlki təklifə verdiyi cavabla müəyyən edən Spiegel-in 30 milyard dollar kimi olduqca yüksək bir rəqəmi də rədd etməsi təəccüblə qarşılandı.
DeepFake texnologiyası Snapchat-ə gəlir
Bu arada Google-un mövzu ilə əlaqədar hər hansı bir açıqlama etmədiyini və Snap Inc. şirkətinin də belə bir təklif olmadığını söylədiyini də bildirməyimiz lazımdır. Lakin ortaya çıxan bu xəbərlər Snap Inc.-in birjadakı dəyərini yüzdə 2.3 nisbətində artırmağı bacardı.