Google-dan yeni AR eynək?: Google şirkəti North adlı smart eynək istehsalçısını alıb

Google-dan yeni AR eynək?: Google şirkəti North adlı smart eynək istehsalçısını alıb

Texnologiya
01.07.2020 PAYLAŞIM

    Google şirkəti Kanadanın North adlı smart eynək istehsalçısını aldığını təsdiqləyb. İki şirkət arasında əldə edilmiş razılaşmanın maliyyə tərəfi barəsində məlumat verilməyib. Bu barədə Vc.ru saytı xəbər verib. North şirkətinin komandası yaxın zamanda Google şirkətinə qatılacaq. Bununla yanaşı North şirkəti özünün Focals adlı birinci nəsil artırılmış reallıq eynəyinin dəstəyini dayandıracaq və Focals 2.0 eynəyinin satışa çıxarılması üzrə bütün planlarını ləğv edəcək. Qeyd etmək lazımdır ki, Focals adlı artırılmış reallıq eynəyinin linzalarında smartfondan olan məlumatlar əks olunurlar.

    Bura təqvim, zaman, hava məlumatları, bildirişlər, elektron poçt və s. daxildirlər. Bu ilin yanvar ayında satışa çıxmış Focals eynəyi ilk növbədə 1000$-a satılırdı. Lakin fevral ayında şirkət onun qiymətini 599$-a endirdi. Daha öncəki məlumatlarda qeyd olunurdu ki, Google şirkəti North-un alınması üçün 180 milyon dollar ödəyəcək. Təsis olunduğu vaxtda bugünə kimi North şirkəti ümumilikdə 200 milyon dollar investisiya əldə edib. Şirkət 2012-ci ildə təsis edilib. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×