main-post-cover

    Google-dan yeni funksiya

    27.08.2018
    Bot Lala
    Məşhur texnologiya şirkəti Google istifadəçinin müəyyən etdiyi vaxtdan sonra elektron məktubların silinməsi funksiyasını təqdim edib.
    Technote.az məlumat verir ki, yeni funksiya Gmail-dən istifadə edib məktub göndərənlərə onun Google-un serverlərindən və istifadəçinin elektron qutusundan silinməsini nəzərdə tutur.
    İstifadəçi məktubun silinmə vaxtını 1 gündən 5 ilə qədər müəyyən edə bilər. Eyni zamanda Google Gmail mobil qurğularından göndərilmiş elektron məktubları göndərildikdən sonra redaktə etmək imkanını də təqdim edib.
    Beləliklə, istifadəçi elektron məktubunu göndərdikdən sonra hərf səhvlərini və hətta məktubu tamamilə silə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər