main-post-cover

    Google DeepMind 4 ayaqlı robotların effektivliklərini qiymətləndirmək üçün xüsusi test tərtib edib

    Elm & Texnologiya
    12.06.2023
    Farid Pardashunas
        Google şirkətinin sahibi Alphabet holdinqinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriya Barkour adlı yeni testi tərtib edib. Sözügedən test 4 ayaqlı robotlara istiqamətlənib və onların effektivliklərini qiymətləndirmək üçün nəzərdə tutulub. Bu test özündə 5x5 metr sahəni və həmin sahədə yerləşdirilmiş maneələri birləşdirir. Adi balaca it bu cür sahəni cəmi 10 saniyəyə qətt edir. DeepMind tərəfindən tərtib edilmiş testin hal hazırki versiyası 4 ayaqlı robotlar üçün nəzərdə tutulmuş 4 maneədən ibarətdir.
    Barkour
        Bura test sahəsinin əvvəlində və sonunda pilləli stul, aralarından keçmək üçün nəzərdə tutulmuş dirəklər sırası, yuxarı və aşağı qalxmaq üçün A formalı konstruksiya və 0.5 metr uzunluğa tullanmaq üçün nəzərdə tutulmuş çəmbər daxildir. Robotun performansı 0-dan 1-ə kimi olan şkala vasitəsilə qiymətləndirilir. Söhbət, sadə ikili koddan gedir. Bu kod 4 ayaqlı robotun maneələrdən ibarət sahəni 10 saniyə ərzində uğurla keçib-keçməyəcəyini qiymətləndirir. Robotun yekun göstəricilərinə aşağı sürət və müəyyən  maneənin buraxılması halları nəticəsində verilən cərimələr təsir göstərirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər