Google dünya əhalisinin 98%-ini HD olaraq xəritələdi

Google dünya əhalisinin 98%-ini HD olaraq xəritələdi

Texnologiya
20.12.2019 PAYLAŞIM

        Google şirkəti illərdir ki, Xəritələr (Maps)Earth (Dünya) servisinə investisiyalar edir. Bu günlərdə isə şirkət bu investisiyaların qarşılığını ala bilir. Belə ki, Google dünya əhalisinin 98%-ini HD olaraq xəritələyərək bir rekorda imza atıb. Həmçinin şirkət axtarış motorlarında lider olduğu kimi naviqasiya ekosistemində də lider olaraq öz yerini qorumağa davam edir. 

Google şirkəti ilk dəfə nəhəng məlumat bazası haqqında danışdı. Dünya əhalisinin 98%-i HD olaraq Google Earth üçün xəritələnə bilib. 


        Google rəsmilərinin verdikləri məlumata əsasən ümumilikdə 50 milyon km2 ərazi xəritələnib. Bu xəritələr ortaq olaraq həm Earth, həm Maps servisləri üçün istifadə edilir. 2004-cü ildə Larry Page tərəfindən başladılan və məqsədi bütün dünyanı küçə-küçə 360 dərəcə xəritələmək olan Street View servisi isə 15 milyon km ərazini xəritələyib. Bu təxminən dünyanın çevrəsini 400 dəfə fırlanmağa bərabərdir, lakin bura Çin sərhədləri daxil deyil. Çin qadağalar səbəbi ilə xəritələnməyə icaze vermir. Bu xəritələrin əldə olunması üçün peyklərdən gələn məlumatı fotoqrametr adlanan texnologiya ilə birləşdirir. Bu səbəbdən daha dəqiq görüntü əldə edilir. Bu texnologiyadan tarixi əsərlərin VR olaraq xəritələnməsində də istifadə olunur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×