Google əməkdaşları çinlilər üçün Dragonfly adlı axtarış sisteminin yaradılmasına qarşı çıxıblar

Google əməkdaşları çinlilər üçün Dragonfly adlı axtarış sisteminin yaradılmasına qarşı çıxıblar

29.11.2018 PAYLAŞIM

    Google şirkətinin əməkdaşları Google Employees Against Dragonfly adlı manifest yazıblar. Həmin manifestdə əməkdaşlar Google şirkətinin çinli istifadəçilər üçün Dragonfly adlı axtarış sisteminin yaratmasına qarşı çıxdıqlarını bəyan ediblər. Qeyd etmək lazımdır ki, Dragonfly adlı axtarış sistemi Google şirkətinin senzuraya sahib ilk axtarış sistemidir. Bu layihə Google şirkətinin Çin bazarına daxil olması üçün yaradılır. Dragonfly axtarış sisteminin əsas fərqləndirici özəlliyi isə ondan ibarətdir ki, axtarış sisteminin istifadəyə veriləcəyi ölkədə idarəedici partiyanın tələblərindən asılı olaraq axtarış nəticələrini senzuralaşdırmaq mümkün olacaq.

    Əməkdaşlar tərəfindən tərtib edilmiş manifestdə deyilir ki, bu il onlar Google rəhbərliyi tərəfindən verilən qərarlar barəsində məyusluq duyurlar. İlk öncə şirkət Pentaqonun Project Maven adlı layihəsi çərçivəsində süni zəka texnologiyasının yaradılmasında iştirak etməyi planlaşdırırdı. Lakin əməkdaşların bu layihəyə qarşı çıxmaları nəticəsində şirkət bu planından vaz keçmişdi. İndi isə məsələ senzura özəlliyini daşıyan axtarış sistemini əhatə edir. Əməkdaşların verdikləri məlumatlara əsasən gələcəkdə bu texnologiyadan yüzlərlə milyon insanı dezinformasiya etməkdə istifadə etmək olar.

Bənzər xəbər


    “Bizim mövqeyimizin Çinlə heç bir əlaqəsi yoxdur. Biz, güclü insanların zəif insanları əsarət altına almağa imkan verən texnologiyaya qarşı çıxırıq” – deyə şirkət əməkdaşlarından biri qeyd edib. Bu səbəbdən Google əməkdaşları insan hüquqlarının qorunması üzrə fəaliyyət göstərən Amnesty International adlı qeyri-hökumət təşkilatına üzv olublar. Bundan əlavə olaraq Google əməkdaşlarını narahat əsas faktor ondan ibarətdir ki, Dragonfly axtarış sistemindən istifadə etmək üçün telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Bu isə öz növbəsində istifadəçiləri və onların əldə etdikləri məlumatları izləməyə yardımçı olacaq. “Çin hökuməti açıq şəkildə əhali üzərində idarə və izlənmə imkanını genişləndirir. Google şirkəti tərəfindən hökumətə bu cür alətlərin verilməsi isə insan hüquqlarının pozulmasında və bütöv bir millətin əsarət altına alınmasında bizləri əlbir olan şəxslərə çevirəcək” – deyə Google şirkətinin əməkdaşı bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×