main-post-cover

    Google ən yararlı xüsusiyyətini mobil cihazlardan çıxardı

    Elm & Texnologiya
    27.07.2017
    Aynar Məmmədzadə
    Google-ın axtarış mühərrikinə 2010-cu ildə əlavə etdiyi "İnstant Search" xüsusiyyəti çoxları tərəfindən sevilsə də mobildə bu xüsusiyyət o qədər də effektiv çalışmır. Çox kiçik ekranda axtarışa uyğun təkliflər edən sistem bütün ekranı tutur və əksər hallarda sistemdə tutulmalar olur. Elə bu səbəbdən Google axtarışa uyğun təkliflər göstərən sisteminin artıq mobil cihazlar üçün istifadəsini dayandırır. 
    Google-ın Instant Search-ün mobil cihazlardan çıxarılması ilə bağlı açıqlaması:
    Biz Google Instant Search xidmətini istifadəçilərin öz axtardıqları məlumatları mümkün olan ən tez şəkildə tapmaları üçün istifadəyə verdik. 2010-cu ildən sonraki dövrdə artıq axtarışların böyük əksəriyyəti mobil cihazlarda aparılır və bu cihazlar kompüterlərdən çox fərqlənir. Bu fərqliliklər də öz növbəsində ciddi problemlər yarada bilir. Biz də bu problemləri nəzərə alıb mobil cihazlarda ən sürətli axtarışı təmin etmək üçün bu əlavəni axtarış mühərrikindən çıxarırıq
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər