main-post-cover

    Google etiraf etdi- Məlumatları paylayır

    26.09.2018
    Bot Lala
    Google nümayəndələri istifadəçi məlumatlarının kənar proqram istehsalçılarına əlçatan olduğunu təsdiq ediblər.
    Məlum olub ki, Gmail-də müxtəlif poçt və reklam genişlənmələri istifadəçilər haqqında informasiya toplayırlar. Google-ın məxfilik siyasətinə uyğun olaraq, bu firmalar informasiyanın toplanması və emalı haqqında istifadəçiləri məlumatlandırmalıdır.
    Technote.az bildirir ki, ABŞ hakimiyyəti aydınlaşdırıb ki, bütün istehsalçılar istifadəçilərə onların yazışmalarını oxuduqlarını və ya məlumatı üçüncü şəxslərə ötürdüklərini bildirmirlər.
    Hüquqşünaslar İT-nəhəngdən qaydaları pozan şirkətlərin siyahısını tələb ediblər.  Məlumata görə, 26 sentyabrda dinləmələr zamanı bu məsələnin aydınlaşdırılması planlaşdırılır.
    Həmin gün məlumatların təhlükəsizlik məsələlərini senatorlarla Google, Apple, AT&T və Twitter nümayəndələri müzakirə edəcək.
    Qeyd edək ki, daha əvvəl Google və MasterCard arasında gizli sazişin imzalanması məlum olmuşdu. Ödəmə sistemi bir neçə il ərzində İT-nəhəngə istifadəçilərin ödəniş məlumatlarını təqdim etmişdi. Bu məlumatlar sayəsində Google analitikləri reklamın effektivliyini müəyyən etmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər