Google Glass geri qayıdır. Yeni versiya təqdim olundu (VİDEO)

Google Glass geri qayıdır. Yeni versiya təqdim olundu (VİDEO)

Texnologiya
18.07.2017 PAYLAŞIM

“Google” həmişə nəticə etibarilə anonsu olmayan və satışa çıxmayan müxtəlif cihazlar hazırlayır.

Buna misal olaraq Nexus Q mediapleyerini və Google Glas eynəklərini gətirmək olar. Google Glass eynəyi ilk dəfə 2013-cü ildə təqdim olunmuşdu və o həqiqətən də innovasiyalı cihaz hesab edilirdi. Lakin buna baxmayaraq sözügedən cihaz o qədər də böyük məşhurluq əldə etmədi və şirkət onu təkmilləşdirmək üçün bir müddət bu layihəni dondurdu. 2 il ərzində internetdə bu cihazın yeni versiyası ilə bağlı şaiyələr gəzirdi. Lakin indi şirkət bu layihəni yenidən geri qaytarmağı qərara aldı. Bir çoxları Google Glass eynəyinin tamamilə dəyşdirilmiş versiyasını gözləyirdilər. Şirkət isə müəssisələr üçün köhnə versiyanı sadəcə olaraq bir qədər təkmilləşdirib. Yeni versiya, Google Glass Enterprise Edition adlanır. Bu versiya, köhnədən bir sıra özəlliklərinə görə fərqlənir.


Belə ki, yeni versiyanın linzaları istənilən təhlükəsizlik eynəklərinə və maskalarına birləşdirilə bilər. Cihazın çərçivəsində olan kamera düyməsi, 2 funksiyanı yerinə yetirir. Həmin funksiyalardan biri, Glass Pod adlı elektronik hissəni, çərçivədən ayırmağa imkan verir. Daha sonra həmin hissəni, təhlükəsizlik eynəyinə və ya maskaya birləşdimək olar. Yeni texniki özəlliklər arasında isə daha güclü prosessor, 8 MP-lik kamera və 8 saata kimi çalışmaq var. Boeingşirkətinin işçiləri artıq Google Glass Enterprise Edition versiyasını sınaqdan keçirdiblər. Onların sözlərinə əsasən bu eynəklərlə çalışmaq daha asan və rahatdır. Sözügedən aviaşirkət əməkdaşları gözlərinin qarşısında lazımi təlimatları görə və operator onlara səsli ismarıc göndərdikləri vaxtda onların, operatora foto göndərmələrini reallaşdıra bilirlər. Hal hazırda Google Glass eynəklərinin yeni versiyası yalnız müəsssələr üçün nəzərdə tutulub. Adi istifadəçilər üçün də bu eynəklərin istehsal olunub-olunmayacağı isə hələki bilinmir.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-dan yeni Galaxy Buds Live adlı naqilsiz qulaqlıqlar - QİYMƏTİ

Galaxy Note 20 flaqman seriyası ilə birlikdə Samsung şirkəti dünən Galaxy Buds Live adlı yeni naqils..


Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çəkən sürətdə bağlantı təqdim edəcəyi gö..


SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDE..

Crew Dargon kosmik gəmisinin BKS-dən (Beynəlxalq Kosmik Stansiya) Yer kürəsinə qayıtdıqdan iki gün s..


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..

×