'Google' hətta istifadəçinin cihazında GPS deaktiv olduqda belə, onu izləyə bilir

'Google' hətta istifadəçinin cihazında GPS deaktiv olduqda belə, onu izləyə bilir

Texnologiya
22.11.2017 PAYLAŞIM

Quartz saytının mütəxəssisləri Android əməliyyat sistemində casus funksiyası aşkar ediblər.

Həmin funksiya sayəsində “Google” şirkəti mobil şəbəkə qüllələri vasitəsilə istifadəçilərin yerləşdikləri yer barəsində məlumatlar yığır. Şirkətin bildirdiyinə görə mətn ismarıclarının göndərilmə sürətinin yüksəlməsi üçün nəzərdə tutulmuş bu funksiyanın işinin əsasında  Cell ID texnologiyası yerləşir. Bu texnologiya sayəsində hətta istifadəçinin smartfonundakı GPS funksiyası deaktiv olduqda və SIM kart olmadıqda belə, “Google” onun yerləşdiyi yeri təyin edə bilir. Sözügedən məlumatlar mobil şəbəkə qüllərindən ötürülür və istifadəçinin yerini tam dəqiqliklə təyin edir.



İstifadəçinin yerləşdiyi yer barəsində məlumatlar avtomatik olaraq məlumatlar paketinə daxil edilir. “Google” isə son 11 ay ərzində Android smartfonlarda push bildirişləri və ismarıcları idarə etmək üçün həmin məlumatları yığır. Bunun ismarıc göndərilməsi ilə nə kimi əlaqəsinin olduğu məlum deyil. Şirkətin rəylərinə baxmayaraq mütəxəssislər hesab edirlər ki, şirkət daha effektiv reklam göstərmək üçün istifadəçinin yerləşdiyi yer haqqında məlumatları yığır. Baxmayaraq ki, “Google”a ötürülən məlumatlar şifrələnmiş vəziyyətdə olur, smartfonun hack olunması halında həmin məlumatlar 3-cü şəxslər tərəfindən də oğurlana bilər. Hər bir cihaz, onun yerləşdiyi yer barəsində məlumatlar ilə əlaqəli olan unikal identifikasiya nömrəsinə sahibdir.


Maraqlısı ondadır ki, şirkət bu məlumatları hansısa konkret Android smartfon və ya planşetdən yığmır. Görünür, şirkət mobil şəbəkə qüllələri vasitəsilə bütün müasir Android cihazlardan bu məlumatları əldə edir. Smartfondakı ayarların dəyişdirilməsi, SIM kartın çıxarılması və ya hansısa digər üsul belə, sözügedən məlumat axınının qarşısını ala bilmir. Daha sonra şirkət etiraf edib ki, o, Cell ID funksiyasını 2017-ci ilin Yanvar ayından bu günə kimi istifadə edir. Bundan əlavə olaraq o bildirib ki, istifadəçilərin hansısa məlumatlarını özündə saxlamır və bu ilin sonuna kimi bu funksiyanı öz əməliyyat sistemindən çıxardacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×