Google Home-a yeni süni intellekt yeniləməsi gəldi
Elm & Texnologiya
24.06.2026
Sevinj
Google Home platforması üçün təqdim edilən yeniləmə ağıllı ev kameralarının insanları daha dəqiq tanımasına imkan verəcək. İyunun 23-dən etibarən istifadəyə verilən dəyişikliklərlə sistem artıq yalnız üz tanıma texnologiyasına güvənməyəcək.
Google-un bildirdiyinə görə, "Familiar Faces" funksiyasında qeyd olunan şəxslər üzləri kamerada aydın görünmədikdə belə müəyyən edilə biləcəklər. Bunun üçün süni intellekt insanın bədən quruluşu, boyu, geyiminin rəngi və digər əlavə göstəricilərdən istifadə edəcək. Şirkət həmçinin Familiar Faces kitabxanasının avtomatik yenilənəcəyini açıqlayıb. Beləliklə, evdə yaşayan şəxslərin ən son görüntüləri sistemə əlavə olunacaq və köhnə şəkillər səbəbindən yaranan səhv bildirişlərin sayı azalacaq.
Yeniləmə Google Home-un süni intellekt tərəfindən yaradılan hadisə təsvirlərini də təkmilləşdirir. Artıq sistem kamera görüntüsündə görünməyən, lakin mikrofon tərəfindən qeydə alınan it hürməsi, siqnal səsi və ya ayaq səsləri kimi səsləri də müəyyən edib hadisə qeydlərinə əlavə edə biləcək.
Paylaş