'Google', 'HTC'nin bir hissəsini, 1.1 milyard dollara aldı

'Google', 'HTC'nin bir hissəsini, 1.1 milyard dollara aldı

Texnologiya
21.09.2017 PAYLAŞIM

Artıq uzun müddət idi ki, internetdə “Google” şirkətinin, məşhur smartfon istehsalçısı “HTC”nin bir hissəsini və ya tamamilə alması haqqında şaiyələr gəzirdi.

İndi isə bu şaiyələr hər iki şirkət tərəfindən təsdiqləndi. Belə ki, hər iki şirkət, dəyəri 1.1 milyard dollar olan müqavilə bağlayıblar. Müqaviləyə əsasən “HTC”nin tədqiqat şöbəsində çalışan bir sıra işçi, “Google”a keçib. Onlardan bəziləri daha öncə Pixel modeli smartfonların istehsalı zamanı “Google” ilə əməkdaşlıq ediblər. Bununla yanaşı bu müqavilə əsnasında “Google”, “HTC”nin intellektual mülkiyyətindən istifadə etmək hüququna sahib olur.


“Smartfon bazarının birincilərindən olaraq biz öz innovasiyalarımızın tarixi ilə fəxr edirik. IP portfeli, dünya səviyyəli istedadları və sistem inteqrasiyası imkanlarını özündə birləşdirən tayı-bərabəri olmayan smartfonlar zəncirimiz, Android bazarında yerini möhkəmlətməkdə “Google”a yardımçı olub. Bu əməkdaşlıq, “Google”ın öz aparat biznesini inkişaf etdirməyə, bizim HTC smartfonlarımızda və Vive virtual reallıq cihazlarında innovasiyaların təmin edilməsinə imkan verən parlaq bir addımdır. Biz düşünürük ki, HTC, bizim dəyərli innovasiyalar irsimizin dəstəklənməsi və yeni nəsil cihazların potensiallarının reallaşdırılması üçün yaxşı imkanlara sahibdir” – deyə şirkətin sədri və baş aparıcı direktoru Cher Wang bildirib.

Qeyd etmək lazımdır ki, bu müqavilənin bağlanmasına baxmayaraq “HTC”, öz brendi altında smartfon və virtual reallıq cihazlarını istehsal etməyə davam edəcək. İlin sonuna kimi şirkət daha bir flaqman modelin təqdim ediləcəyinə söz verib. Bununla yanaşı bilmək lazımdır ki, keçən ilki Pixel və Pixel XL modellərini məhz “HTC” istehsal etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×