Google I O konfransı: Android P, Google Assistant yenilikləri və ağıllı alqoritmlər

Google I O konfransı: Android P, Google Assistant yenilikləri və ağıllı alqoritmlər

10.05.2018 PAYLAŞIM

Google şirkəti hər il tərtibatçılar üçün Google I/O konfransını təşkil edir. Lakin bu konfransda adi istifadəçilər üçün də maraqlı yeniliklər təqdim olunur. Bu ilki tədbirdən olan ən maraqlı yeniliklər ilə sizləri tanış edirik.

Neyroşəbəkələr və ağıllı alqoritmlər

Google şirkəti neyroşəbəkələr mövzusunu inkişaf etdirməyə davam edir. Konfransda ağıllı alqoritmlərin insanların gündəlik həyatlarını necə asanlaşdırdıqları üzrə bir neçə misal göstərilib. Məsələn Google Photo tətbiqinə ağ-qara fotonu rəngli etmək və bir kliklə fotodan hansısa sənədi ayırmaq funksiyası gələcək.

Bənzər xəbər



Ağıllı alqoritmlərin daha bir tətbiq sahəsi kimi həmçinin səsin təyin olunması sistemi də iştirak edir. Belə ki, ağıllı alqoritmlər sayəsində səsin təyin olunması sistemi eyni anda söhbət edən iki şəxsin nitqini bir-birindən ayıraraq mətn formatına çevirə bilir.


Okay Google

İlin sonuna kimi şirkət öz səsli köməkçisinin 80 ölkə və 30 dil dəstəyi ilə təmin olunacağına söz vermişdi. Lakin konfransda səsli köməkçi barəsində daha maraqlı yenilik təqdim olunub. Belə ki, konfransda Google Assistant köməkçisinin canlı şəxsə zəng edərək onun üçün gözəllik salonunda vaxt təyin etdiyini və restoranda yer bron etdiyini göstəriblər. Bununla belə sistem əlavə suallara da cavab verə bilir və onun səsini adi insan səsindən ayırmaq çox çətindir. Çox maraqlı görünsə də çətin ki, bu cür yenilik yaxın gələcəkdə işlək formada təqdim oluna bilsin.


Android P

2018-ci il Google şirkətinin məşhur mobil platforması Android üçün yubiley ildir. Belə ki, məhz 10 il bundan öncəı Android platforması ilk dəfə HTC Dream adlı smartfonda təqdim olunmuşdu. Qeyd etmək lazımdır ki, machine learning sistemi bu məşhur platformanın yeni versiyası olan Android P-də də öz əksini tapıb. Yeni əməliyyat sistemində olan xüsusi alqoritmlər istifadəçinin öz smartfonundan necə istifadə etdiyini analiz edərək ona uyğun batareya enerjisinin sərfiyyatını optimizasiya edirlər. Bundan əlavə olaraq smartfon ekranının parlaqlığını avtomatik tənzimləyən Adaptive Brightness funksiyası da əlavə olunub. Bu funksiya smartfon ekranının ayarlarını müxtəlif mühit və müəyyən tətbiqlər üçün tənzimləyir.


Sistemə əlavə olunmuş yeni App ActionsSlices adlı funksiyalar smartfon vasitəsilə görülən məişət tapşırıqlarının yerinə yetirilməsini sürətləndirmək və sadələşdirmək üçün nəzərdə tutulub. Məsələn əgər istifadəçi axtarış sistemində hansısa filmin adını yazsa, axtarış nəticəsi kimi ilk olaraq filmin videosunun izlənməsi və seçilmiş film üçün kinoteatr biletinin alınması düyməsi ortaya çıxacaq. Bu üsulla həmçinin sürətli şəkildə taksi də sifariş etmək olar.


Android P-də jestlər sistemi və açıq olan tətbiqlərin əks olunduqları pəncərə də təkmilləşdirilib. Bundan sonra açıq tətbiqlərə baxmaq üçün ekranın aşağı hissəsində olan zolağı yuxarı sürüşdürmək lazım gələcək. Bu zaman ekranda axtarış sətri, seçilmiş tətbiqlər və açıq pəncərələr bölməsi əks olunacaqlar. Onların arasındakı keçidi isə həmin zolaq vasitəsilə reallaşdırmaq olacaq.


Google şirkəti Android P-də smartfon asılılığı ilə mübarizə aparmağı təklif edir. Sistemdəki Dashboard bölməsi istifadəçinin smartfondan neçə saat istifadə etdiyini təyin edir və hər bir tətbiq üçün xronometraj tərtib edir. Bəzi bölmələri məhdudlaşdırmaq olar. Məsələn istifadəçi Instagram-da gün ərzində 30 dəqiqədən çox qalmağı özü üçün məhdudlaşdıra bilər.


Bununla yanşı yeni sistemdə həmdə “Do not Disturb” funksiyasını da təkmilləşdiriblər. Bundan sonra smartfonu tərs çevirərək tez zamanda səssiz rejimi aktivləşdirmək mümkündür. İstifadəçinin yuxuya hazırlaşması zamanı smartfonun ekranı tədricən rəngləri aradan qaldırır və beləliklə ekran solğun olur. Bu isə öz növbəsində qaranlıqda istifadəçi gözlərinin qıcıqlandırılmasının qarşısını alır. Android P-nin yeni beta versiyası bugündən etibarən aktivdir. Onu təkcə Pixel smartfon istifadəçiləri deyil həmdə Nokia, OnePlus, Xiaomi, Sony, Vivo, EssentialOppo smartfonlarının istifadəçiləri də test edə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×