main-post-cover

    Google Maps 20 il bundan öncə itmiş şəxsin tapılmasına yardımçı oldu

    Elm & Texnologiya
    13.09.2019
    Farid Pardashunas
        Google şirkətinin kartoqrafik servisi olan Google Maps müəyyən ərazidə səmtin tapılmasına, marşrutun təyin edilməsinə və ya səyahətin planlaşdırılmasına imkan verir. Lakin bir neçə müddət bundan öncə bu məşhur servis detektiv rolunda istifadə edilib. Belə ki, peyk fotoları vasitəsilə hüquq mühafizə orqanları 20 il bundan öncə itmiş şəxsi aşkar ediblər. Bu barədə Cnet.com saytı xəbər verib.
        7 noyabr 1997-ci il tarixində William Moldt adlı amerikalı vətəndaş Florida ştatında yerləşən Lantana qəsəbəsindəki gecə klubundan evə qayıtmamışdı. William Moldt öz avtomobili ilə birlikdə yoxa çıxmışdı. İndiyənə kimi həmin şəxs itmiş kimi qeydə alınmışdı və hüquq mühafizə orqanları axtarışların aparılması üçün ipuculara sahib deyildilər.
        Bu məsələyə keçən ayın sonunda aydınlıq gəldi. Belə ki, geoloji mütəxəssislərdən biri ərazini Google Maps vasitəsilə incələyən zaman Florida ştatında yerləşən Vellinqton adlı yaşayış kompleksinə yaxın olan su hövzəsində qəribə avtomobil aşkar etmişdi. Sonradan məlum oldu ki, həmin foto peyk vasitəsilə 2007-ci ildə çəkilib. Lakin həmin avtomobilə 12 ildən sonra nəzər yetirilib. Nəticədə avtomobil su hövzəsindən çıxarılıb və onun daxilindəki insan qalıqları incələnib. Beləliklə məlum olub ki, həmin insan qalıqları 1997-ci ildə yoxa çıxmış William Moldt-a məxsusdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər