Google özünün Apple Health analoqunu hazırlayır
Elm & Texnologiya
02.07.2021
Farid Pardashunas
Google şirkətinin hələ anons olunmamış yeni tətbiqinin ilk screenshot fotoları internetdə ortaya çıxıb. Sözügedən tətbiq Android istifadəçilərinin səhhətləri barəsində məlumatların saxlanması üçün nəzərdə tutulub. Ortaya çıxmış screenshot fotolar vasitəsilə tətbiqin dizaynını və baza funksiyalarını qiymətləndirmək olar. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin bu tibbi tətbiqinin əsas özəlliklərindən biri də istifadəçinin öz səhhəti barəsində məlumatları yaxınları və həkimləri ilə bölüşmək olacaq.
Bundan əlavə olaraq istifadəçilər tibbi kartda mövcud olan məlumatlara əlavələr edərək onları aktuallaşdıra biləcəklər. Məlumata əsasən hal hazırda Google Health tətbiqi beta test mərhələsindədir. Ortaya çıxmış screenshot fotolara əsasən demək olar ki, tətbiqin dizaynı Google Fit tətbiqinin dizaynına bənzəyir. Bu isə hər iki tətbiqin vahid ekosistemə inteqrasiya ediləcəyindən xəbər verir. Google şirkətinin özü isə bu cür platforma üzərində çalışdığını hələ rəsmi şəkildə elan etməyib. Tətbiqin nə zaman istifadəyə veriləcəyi barəsində də bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək