Logo
    main-post-cover

    'Google', Pixel 2 və Pixel XL 2-nin təqdimat tarixini təqdim etdi

    Elm & Texnologiya
    14.09.2017
    Emil

    Əsasən şirkətlər öz tədbirlərinə jurnalistləri adi dəvətnamə ilə dəvət edirlər. Lakin “Google” şirkəti öz tədbirinə çağırışı başqa formatda həyata keçirdib.

    Keçən ildə olduğu kimi ABŞ-ın müxtəlif şəhərlərində müxtəlif tizerlər peyda olmağa başladı. Məsələn, Boston şəhərinin sakinləri, üzərində “Ask more of your phone” yazısı olan reklam bilborduna rast gəliblər. Həmin bilbordda şirkətin loqosu və tədbirin keçiriləcəyi tarix əks olunub. Belə üsulla şirkət, yeni smartfonların göstəriləcəyi təqdimatın tarixini anons edib. Tədbir, 4 Oktyabr tarixində keçiriləcək. Güman olunur ki, həmin tədbirdə “Google”, Pixel Pixel XL smartfonlarının yeni versiyalarını, sensorlu 12.3 inç ekrana sahib yeni model Chromebook-u, kompakt səsgücləndirici Google Home-u və Google Assistant səsli köməkçisinə sahib qulaqlıqları təqdim edəcək.

    Ən böyük maraq təbii ki, təqdim olunacaq yeni smartfonlaradır. Məlumata əsasən şirkət, keçən ilki modellərdə olmuş mənfi cəhətləri aradan qaldıracaq. Məsələn, Pixel 2, stereo səsgücləndiricilərə, Pixel XL 2 isə çərçivəsiz ekrana sahib olacaq. Bundan əlavə olaraq hər iki model, IP68 standartına uyğun olaraq sudan və tozdan qorunma özəlliyinə sahib olacaqlar. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən Pixel 2, “HTC” şirkəti tərəfindən, Pixel XL 2 isə “LG” şirkəti tərəfindən istehsal olunacaq.
    Paylaş
    Bənzər xəbərlər