Google Pixel 3 Lite smartfonunun yeni fotosu sızdırıldı

Google Pixel 3 Lite smartfonunun yeni fotosu sızdırıldı

Texnologiya
26.11.2018 PAYLAŞIM

    Biz daha öncə xəbər vermişdik ki, Google şirkəti Pixel 3 smartfonunun Lite versiyası üzərində çalışır və həmin model Sargo kod adına sahibdir. İndi isə VenyaGeskin1 adlı Twitter istifadəçisi sözügedən smartfon modelinin yeni fotosunu paylaşıb. Paylaşılmış fotoda Pixel 3 Lite ( sol tərəfdə) modeli adi Pixel 3-ün yanında əks olunub. Beləliklə hər iki cihaz arasındakı müqayisədən də görmək olar ki, Pixel 3 Lite modeli ikili ön kamera ilə təchiz olunmayacaq. Lakin buna baxmayaraq smartfonun çərçivələri bir qədər geniş format əldə edib. Bununla yanaşı Lite versiyanın ekranı adi Pixel 3-dən bir qədər böyükdür.


Bənzər xəbər


    Bir sıra məlumatlara əsasən Pixel 3 Lite 18.5:9 nisbətli 5.56 inç ekranla təchiz olunacaq. Lite model adi Pixel 3-dən həmdə texnki göstəricilərə görə də fərqlənəcək. Məlumatlara əsasən Pixel 3 Lite Snapdragon 670 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 12 MP-lik arxa kamera və Quick Charge 4+ sürətli enerji yığma özəllikli 2915 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun qiymətinin 400-500$ olacağı güman edilir. Gözləntilərə əsasən Pixel 3 Lite modeli gələn ilin əvvəlində təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×