
Google şirkətinin səbirsizliklə gözlənilən Pixel 3 modelinin görüntüsü Android P Beta versiyasında ayarlar menyusunda istifadə edildi. Bu görüntünün Pixel 3 olduğunun düşünülməsinin ən böyük səbəbi Android Oreo Developer Preview versiyada Pixel 2 modelinin şəkili istifadə edilmişdi. Pixel 2 telefonu Android Oreo-da göründüyü kimi eyni dizayn ilə çıxdığı üçün analistlər və şəkili görən digər istifadəçilər Pixel 3 modelinin dizaynının belə olacağını düşünürlər.
Şəkildə göründüyü kimi Pixel 3 modelinin çərçivəsiz və ekran çərtiyi olmadan istifadəçilərin qarşısına çıxacağı düşünülür. Digər önəmli nöqtə isə bu çərtikdə əsasən sensorlar və ön kamera yerləşir. Əgər çərtik olmayacaqsa, ön kamera telefonun üzərində çıxıntı kimi ola bilər. Daha yaxşı izah etmək üçün Vivo Apex telefonunun kamerasına baxa bilərik.
Şərh yoxdur