
Google Pixel 4 XL'in fotosu təqdim olundu
Elm & Texnologiya
11.09.2019
Emil
Bütün dünyanın iPhone 11 smartfon seriyasını müzakirə etdiyi bir müddətdə internetdə Google Pixel 4 seriyası barəsində məlumat sızıntıları ortaya çıxır. Belə ki, 91mobiles saytının jurnalistləri Pixel 4 XL modelinin fotosunu təqdim ediblər. Təqdim olunmuş fotoda əks olunmuş smartfonun ekranında onun texniki göstəriciləri barəsində məlumatlar yerləşdirilib.

Beləliklə məlumata əsasən smartfon Quad HD+ keyfiyyətli 6.23 düym ekran və Snapdragon 855 proessoru ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, Pixel 4 XL 90 GHz tezlikli yenilənməyə sahib OLED ekrana sahib olacaq. Bununla yanaşı smartfon 16 MP + 12 MP ikili arxa kamera, 64/128 GB daxili yaddaş həcmi və 3700 mAh enerji tutumlu batareya ilə də təchiz olunmalıdır. Yeni Pixel 4 seriyası gələn ay təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
