main-post-cover

    Google Pixel 4 XL'in mobil oyun performansı sərgləndi (VİDEO)

    Elm & Texnologiya
    13.09.2019
    Farid Pardashunas
        Təqdimatdan öncə Google Pixel 4 smartfon seriyası barəsində çoxlu sayda məlumat sızıntıları baş verdi. Smartfonun fotoları, bençmark test nəticələri və hətta icmal videoları ortaya çıxdı. Lakin Pixel 4-ün mobil oyun performansı məlum deyil idi. İndi isə bu məsələdə də məlumat sızıntısı baş verib. Belə ki, Vyetnamdan olan bloqqerlər sözügedən smartfonun mobil oyun performansını əks etdirən videoları artıq paylaşıblar. Mobil oyun performansının testi üçün isə bloqqerlər Pixel 4 XL smartfon modelini seçiblər.
        Bu barədə Cnet.com saytı xəbər verib. Təqdim olunmuş videoda sözügedən smartfonun məşhur PUBG Mobile oyunu zamanı göstərdiyi performans əks olunub. Videodan da görmək olar ki, oyun zamanı smartfon istifadəçi gözləri üçün rahat olan kadr tezliyini sərgiləyir. Oyun təsviri isə gecikməsiz və donmasız şəkildə istifadəçiyə təqdim edilir. Ekranın yüksək tezlik yenilənməsi (90 Hz) buna şərait yaradır.
        Bloqqer həmçinin qeyd edib ki, smartfonun yuxarı və aşağı hissəsində olan qalın çərçivələr oyun zamanı təsadüfi şəkildə səhv düymənin klik edilməsinin qarşısını alır. Smartfonun arxa panelinin rahat materialı isə uzunmüddətli oyun zamanı smartfonun əldən sürüşməsinə imkan vermir. O həmçinin qeyd edib ki, oyunlar üçün nəzərdə tutulmuş smartfonlar ilə müqayisədə Pixel 4-ün batareya həcmi o qədər də böyük deyil. Belə ki, smartfonun batareya həcmi 3700 mAh-dır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər