
Google Pixel 4 XL smartfonunun render fotoları təqdim olunub
Elm & Texnologiya
09.07.2019
Emil
OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Pricebaba saytı ilə birlikdə Google Pixel 4 XL smartfon modelinin keyfiyyətli render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş render fotoları sayəsində smartfonu hər tərəfdən müşahidə etmək mümkündür. Beləliklə təqdim olunmuş render fotolarında smartfon qara rəngdə gövdəyə və ağ rəngdə yandırıb/söndürmə düyməsinə sahibdir.

Smartfon genişformatlı ekran ilə təchiz olunub. Lakin ekranın yuxarı hissəsində heç bir çıxıntı hissə yoxdur. Onun yerinə ekranın yuxarı hissəsində qalın çərçivə yerləşir. Həmin çərçivədə danışıq üçün səsgücləndirici, ikili ön kamera və bir sıra ötürücülər yerləşdirilib. Smartfonun arxa panelində isə 3 kamera modulu yerləşdirilib. Həmin kamera modulu xüsusi kvadrat sahənin daxilində yerləşir.

İkin məlumatlara əsasən bu, əsas kamera modulu, teleobyektiv və 3D ToF modulu olacaq. Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Şirkət ya həmin texnologiyanı smartfonun ekranına inteqrasiya edəcək ya da həmin texnologiyadan ümumiyyətlə imtina edərək onu Face Unlock ilə əvəz edəcək. Pixel 4 XL modelinin Snapdragon 855 prosessoru və 6 GB RAM ilə təchiz olunacağı gözlənilir. Pixel 4 XL modelinin adi Pixel 4 ilə bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
