Google Pixel 4a-nın icmal videosu təqdimatdan öncə ortaya çıxdı (VİDEO)

Google Pixel 4a-nın icmal videosu təqdimatdan öncə ortaya çıxdı (VİDEO)

Texnologiya
11.03.2020 PAYLAŞIM

    TecnoLike Plus Youtube kanalından olan ispaniyalı bloqqer hələ təqdim olunmamış Google Pixel 4a smartfon modelinin videosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş video sözügedən smartfon barəsində daha öncədən olmuş məlumat sızıntılarını təsdiqləyib. Bundan əlavə olaraq bu video Pixel 4a-nın texniki özəlliklərini də sərgiləyir. Əvvəlcədən də güman edildiyi Pixel 4a modeli Full HD+ keyfiyyətli 5.8 düym ekrana sahib olacaq.

Bənzər xəbər


    Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 730 prosessoru, Adreno 618 qrafik sürətləndirici, 6 GB RAM, 12 MP-lik bir ədəd arxa kamera, 8 MP-lik ön kamera və 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Google Pixel 4a smartfon seriyası may ayında keçiriləcək Google I/O 2020 tədbirində təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, koronavirus səbəbilə şirkət tədbiri online formatda keçirdəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×