
Google Pixel 4a-nın real fotoları ortaya çıxdı
Elm & Texnologiya
04.03.2020
Emil
Google şirkətinin büdcəli Pixel 4a smartfon modelini satışa çıxartmaq planı hələ keçən ilin dekabr ayında məlum olmuşdu. Daha sonradan isə məlumat ortaya çıxdı ki, şirkət Pixel 4a-nı 3 versiyada təqdim edəcək. İndi isə sözügedən smartfonun dizaynını sərgiləyən keyfiyyətli real fotolar ortaya çıxıb. Bu barədə Mspoweruser saytı xəbər verib. İnsayderlər tərəfindən təqdim edilmiş real fotolar smartfonun həm arxa həm də ön panelini sərgiləyirlər.

Fotolardan da görmək olar ki, smartfon nazik çərçivələrə sahib ekran ilə təchiz olunacaq və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Məlumata əsasən Pixel 4a-nın ekran ölçüsü ya 5.7 düym ya da 5.8 düym olacaq. Arxa paneldə 1 ədəd kamera və barmaq izi skanı texnologiyası yerləşəcək. Google Pixel 4a-nın Google I/O 2020 tədbirində təqdim olunacağı gözlənilirdi. Lakin tədbirin online formata keçirilməsi bu məsələni sual altına qoyur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
