Google Pixel Watch 2 smart saatı barəsində məlumatlar verilib
Elm & Texnologiya
31.05.2023
Farid Pardashunas
Bu ayın əvvəlində məlumat ortaya çıxmışdı ki, Google şirkəti Pixel Watch 2 smart saatı üzərində çalışır. İndi isə insayderlər bu smart saat barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən Pixel Watch 2 xarici görünüşcə keçən il təqdim edilmiş Pixel Watch-a bənzəyəcək. Bununla belə yeni smart saat daha yaxşı texniki özəllikləri əldə edəcək. Məlumatda qeyd edilib ki, Pixel Watch 2 smart saatı ya Snapdragon W5 Gen 1 ya da Snapdragon W5+ Gen 1 prosessoru ilə təchiz olunacaq.
Bunun sayəsində yeni smart saat daha performanslı olacaq və bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcək. Təbii ki, bütün smart saatlarda olduğu kimi Pixel Watch 2 də istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçəcək sensorları əldə edəcək. Pixel Watch 2-ni yaxın zamanda gözləmək lazım deyil. Belə ki, onun bu ilin payız fəslində Pixel 8 smartfon seriyası ilə birlikdə təqdim ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ