
Google Pixel XL 2-nin ilk texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
09.06.2017
Emil
Keçən il “Google” şirkəti Pixel və Pixel XL adlı yeni smartfon modellərini təqdim etmişdi.
Beləliklə şirkət, Nexus
seriyasından tamamilə imtina etdiyini bildirmişdi. Smartfonların satışa çıxması
ilə bir sıra istifadəçilər sözügedən smartfonlarda bəzi problemlər ilə
qarşılaşırdılar. Lakin buna baxmayarq bir çoxları bu smartfonları ən yaxşı
Android smartfonlar adlandırır. Hələ bu ilin əvvəlində bəzi xəbərlər yayılmışdı
ki, “Google” şirkəti, artıq bu smartfonların yeni versiyaları üzərində çalışır.
İndi isə bunun ilk real sübutu ortaya çıxıb. Belə ki, Google Pixel XL 2-nin ilk
texniki göstəriciləri internetə sızdırılıb. Pixel XL 2-ni, keçmiş versiyadan
ilk öncə onun xarici görünüşü fərqləndirməlidir. Məlumatlara əsasən smartfon,
5.6 inç ekran, 2.4 GHz tezlikli Qualcomm prosessoru (çox güman ki, Snapdragon
835), 4 GB RAM, 128 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə
təchiz olunacaq. “Google” tərəfindən yeni smartfonların bu ilin Oktyabr və ya
Noyabr ayında təqdim olunacağı güman edilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
