
Google Play-də milyonlarla yüklənməyə sahib 100-dən çox zərərli tətbiq aşkar edilib
Elm & Texnologiya
24.12.2019
Emil
Müasir Android smartfonlar öz funksionallıqlarına görə yavaş-yavaş kompüterlərə çatırlar. Lakin onlar da kompüterlər kimi zərərli tətbiqlərdən əziyyət çəkirlər. Hətta yalnız Google Play-dən tətbiq yükləyən istifadəçilər də öz smartfonlarının viruslarla yoluxmalarından sğortalanmayıblar. İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən White Ops adlı şirkət Google Play-də 100-dən çox təhlükəli tətbiq aşkar edib. Bu barədə Phonearena saytı xəbər verib.
.png)
Beləliklə White Ops mütəxəssisləri Google Play-də ümumilikdə 4.6 milyon dəfə yüklənmiş 103 ədəd zərərli tətbiq aşkar ediblər. Həmin tətbiqlərin hamısı Soraka və Sogo kodlarına sahibdirlər. Həmin kodlar isə Android smartfon istifadəçilərinə tamekranlı reklam elanlarını göstərmək imkanına sahibdirlər. Mütəxəssislərin sözlərinə əsasən zərərli proqram təminatı yaradıcıları dəvət üzrə quraşdırma mexanizmi sayəsində smartfonların sistemlərindəki antiviruslardan yan keçə bilirlər.
.png)
Məsələn Asiya regionunda çox məşhur olan Best Fortune Explorer adlı tətbiq istifadəçilərə onların nə zaman münasibətdə olacaqlarını, karyera üzrə nə zaman yüksək vəzifə əldə edəcəklərini və onların gəlirlərinin nə zaman yüksələcəklərini proqnozlaşdırır. Lakin istifadəçilərin rəylərinə əsasən həmin tətbiq sonsuz sayda reklam elanlarının göstərilməsindən başqa bir işə yaramır. Bununla belə həmin tətbiq yayılmağa davam edir və Play Protect sistemi tərəfindən bloklanmır. Siyahıda olan tətbiqlərdən hansılarısa yükləmiş istifadəçilərə onların silinməsi məsləhət görülür.
.png)
.png)
.png)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
