Logo
    main-post-cover

    Google Play-də porno reklamı göstərən və virusa sahib 60-a yaxın oyun aşkar edilib

    Elm & Texnologiya
    13.01.2018
    Emil
    “Check Point” şirkətinin yeni hesabatına əsasən 60-a yaxın oyun tətbiqi porno saytları reklam edən zərərli viruslara sahibdir.
    Viruslu tətbiqlər 3-7 milyon dəfə yüklənmişdir. Mütəxəssislərin sözlərinə əsasən həmin oyun tətbiqlərindən bir çoxları isə uşaqlar üçün nəzərdə tutulub. “Check Point” şirkətinin AdultSwine adlandırdığı virus istifadəçilərin cihazlarına 3 üsulla hücum edib. Porno saytların reklamları həmin üsullardan yalnız biridir. Həmçinin zərərli proqram təminatı təhlükəsizliyin təmin olunması üçün saxta tətbiqlərin quraşdırılmasını da təklif edirdi.

    Əslində isə həmin tətbiqlər zərərlidir və istifadəçiləri ödənişli platinum servislərə abunə edir. Şirkət bu cür viruslara sahib olan oyun tətbiqi siyahısını öz blogunda təqdim edib. Onlardan ən məşhurları isə bunlardır: Five Nights Survival Craft, Mcqueen Car Racing Game, Addon Pixelmon CoolCraft PE və Exploration Pro WorldCraft.Googleşirkətinin təmsilçiləri bildiriblər ki, onlar artıq bu zərərli tətbiqləri Play Market-dən siliblər və onları quraşdırmış bütün istifadəçilərə xəbərdarlıq bildirişi göndəriblər.

    Paylaş
    Bənzər xəbərlər