Google Play Protect Android cihazların təhlükəsizlik testini uğursuz yekunlaşdırdı

Google Play Protect Android cihazların təhlükəsizlik testini uğursuz yekunlaşdırdı

Texnologiya
12.03.2020 PAYLAŞIM

    Zərərli tətbiqlərin bloklanması üçün nəzərdə tutulmuş Google Play Protect sistemi 2.5 milyarddan çox Android cihaza quraşdırılıb. Sözügedən təhlükəsizlik sisteminin səviyyəsini AV-Test şirkəti yoxlayıb. Qeyd etmək lazımdır ki, bu şirkət antivirus tətbiqlərinin qiymətləndirilməsi ilə məşğul olur. Google Play Protect təhlükəsizlik sisteminin test nəticələri isə heç də ürəkaçan olmayıblar. Bu barədə Techradar saytı xəbər verib.

    Şirkət tərəfindən aparılmış test çərçivəsində Android smartfonların qorunması üçün nəzərdə tutulmuş Google sistemi 3 üsul ilə yoxlanılıb. Məşhur təhlükəsizlik sisteminin bacarıqlarını yoxlamaq üçün mütəxəssislər 6700 ədəd müxtəlif növ zərərli tətbiqlərdən istifadə ediblər. Play Protect-dən başqa bu testdə həmçinin Avira, Bitdefender, G Data, Kaspersky, NortonLifeLock, SK TelecomTrend Micro kimi digər antivirus sistemləri də yoxlanılıb. Beləliklə test çərçivəsində Google şirkətinin təhlükəsizlik sistemi nəticə etibarilə mümkün olan 18 xaldan 6 xal toplayıb.


    Məlum olub ki, son 24 saat ərzində ortaya çıxmış şübhəli tətbqləri Google Play Protect yalnız 37% ehtimalda aşkar edə bilib. Sistemdə 4 həftədən çox olan zərərli tətbiqlər isə 33% ehtimalda aşkar olunublar. Bununla yanaşı Google Play Protect tərəfindən 30 yanlış aşkarlanma da müşahidə edilib. Testdə iştirak etmiş digər antivirus sistemləri 100% effektivlik nəticəsi sərgiləyiblər. Beləliklə mütəxəssislər Android istifadəçilərinə təkcə Google Play Protect-ə güvənməməyi və digər keyfiyyətli antivirus sistemlərindən istifadəni məsləhət görüblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×