
Google Play Store-da dəyişiklik: Proqramlar bildiriş gəlmədən yenilənəcək
Elm & Texnologiya
16.01.2020
Nijat
Google, Android əməliyyat sistemində istifadə etdiyi tətbiq marketi Play Store üçün tez-tez yeniliklər gətirir. Lakin bu səfər istifadəçilərin xoşuna gəlməyən bir dəyişiklik etdi. Son Play Store yenilənməsindən sonra istifadəçilər tətbiqdən bildiriş gəlmədiyini şikayət etdilər. Google rəsmiləri də bunu bilərəkdən etdiklərini dedilər.
Play Store artıq tətbiqlər yeniləndikdən sonra ekrana "tətbiq yeniləndi" bildirişini çıxartmayacaq.
Google rəsmilərinin dediklərinə görə Android cihazlarda bildirişlər çox olur deyə istifadəçilərin rahatlığı üçün bildirişlərin sayını bu yol ilə azaltmağa çalışıblar. Eynisi Google Chrome brauzeri üçün də etmişdilər. Əslində tətbiqlər yenilənərkən hələ də bildiriş panelində bunu görmək mümkün olur, lakin yenilənmə bitdikdən sonra təsdiq bildirişi çıxmayacağı üçün istifadəçilər əmin olmaq istəyəndə Play Store mağazasına girib baxmalı olacaqlar. Bu bizim fikrimizcə istifadəçi rahatlığından daha çox əziyyət kimidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
