'Google', rəsmi olaraq Android Oreo-nu təqdim etdi (VİDEO)

'Google', rəsmi olaraq Android Oreo-nu təqdim etdi (VİDEO)

Texnologiya
22.08.2017 PAYLAŞIM

“Google” şirkəti nəhayət ki, Android-in yeni versiyası olan Android Oreo-nu təqdim etdi.


Göründüyü kimi əməliyyat sisteminin yeni versiyasının adı məşhur Oreo peçenyelərindən götürülüb. Qeyd etmək lazımdır ki, Android Oreo ilk öncə Pixel, Pixel XL, Nexus 5X, Nexus 6P smartfonları, Pixel C planşeti və Nexus Player cihazı üçün aktiv olacaq. Lakin yeni əməliyyat sisteminin çıxış tarixi hələki məlum deyil. İndi isə Android Oreo-nun yenilikləri haqqında məlumat verək. Ənənəvi olaraq yeni sistem daha sürətli və təkmilləşdirilmiş olub. Yeni sistemdə yaradıcılar, fonda çalışan tətbiqlərin yeni iş qaydası hesabına enerji sərfiyyatını optimallaşdırıblar. Belə ki, sistem avtomatik olaraq məqsədsiz şəkildə enerji sərfiyyatına səbəb olan tətbiqləri bağlayacaq. Beləliklə bu üsulla fonda çalışaraq yüksək miqdarda enerji sərf edən tətbiqlərin, cihazın batareyasına zərəri aşağı salınıb.

Android Oreo-ya Vitals adlı yeni funksiya əlavə olunub. Bu funksiya, cihaz batareyasındakı enerji tutumuna, təhlükəsizliyin təmin olunmasına və cihaz performansının yüksəldilməsi kimi göstəricilərə nəzarət edir. Bu sayədə cihazlar daha sürətlə çalışacaqlar. Şirkət bu özəlliyi, Google Tables tətbiqinin üzərində nümunə kimi göstərib. Belə ki, optimizasiyadan sonra bu tətbiq, 2 dəfə daha sürətli çalışmağa başlayıb. Həmçinin şifrələrin avtomatik şəkildə doldurulması sistemi də təkmilləşdirilib. Belə ki, bundan sonra şifrələr nəinki brauzerdə, həmçinin müxtəlif tətbiqlərdə də avtomatik olaraq yığılacaq. Əgər sizin məlumatlarınız “Google”un bulud servisində yerləşirsə, onda siz öz Twitter şifrənizi yenidən yazmalı olmayacaqsınız.

Mətnləri kopyalama mexanizmi təkmilləşdirilib. Məsələn əgər istifadəçi mətndəki telefon nömrəsini, ünvanı və ya şirkətin adını seçsə, onda telefon ona lazımi tətbiqlərdən (kontaktlar, xəritə və ya axtarış) birinin istifadəsini məsləhət görəcək. Bildirişlər paneli daha funksional olub. Hər bir tətbiqdən olan bildirişi, müxtəlif kanallara göndərmək və ya hər birini ayrıca söndürmək mümkündür. Bundan əlavə olaraq bildirişləri daha sonraya ertələmək özəlliyi də əlavə olunub. Videolar üçün nəzərdə tutulmuş picture-in-picture funksiyası əlavə olunub. Bu funksiya bir çox kənar videoplayerlərdə mövcuddur. Lakin indi bu funksiya, sistemin standart özəlliyi kimi əlavə olunub. Həmçinin tətbiqləri işə salmadan onlardan olan bildirişlərə baxmaq da mümkündür. Yeni sistemdə Google Assistant isə daha ağıllı olub.




DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×