
“Google” şirkətinin sahibləri, “Boston Dynamics” şirkətini yapon holdinqinə satmaq qərarına gəldilər.
“Alphabet” şirkətinin sahibləri Larry Page və Sergey Brin (“Google”ın
yaradıcıları), Yaponiyanın “Softbank” holdinqi ilə sövdələşmə bağlayıblar.
Sövdələşməyə əsasən “Google” şirkətinin sahiblik etdiyi “Boston Dynamics” şirkəti
bundan sonra “Softbank”a məxsus olacaq. Qeyd etmək lazımdır ki, “Softbank” isə
öz növbəsində robotexnika və süni zəka sahəsinə külli miqdarda investisiyaların
yatırılmasına başlayır. Sözügedən sövdələşmənin qiyməti barəsində heç bir məlumat
yoxdur. “Google” şirkəti, “Boston Dynamics”i 2013-cü ilin Dekabr ayında
almışdı. Keçən il isə onu satmaq istəyirdi. Şirkət qorxurdu ki, yaxın bir neçə
il ərzində “Boston Dynamics” rəqabətə dözümlü bir məhsul təqdim edə bilməyəcək.
Bu müddət ərzində isə “Boston Dynamics” şirkəti öz keçmiş məhsullarının bir
sıra yeni modellərini təqdim etməyi bacardı. Onların arasında dördayaqlı robot
SpotMini və SPOT, sürətli Wild Cat robotu və iki ələ, iki təkərə sahib Handle
robotu var. Bundan əlavə olaraq “Google”ın idarəçiliyi dövründə insana bənzər
ATLAS robotu da təkmilləşdirilmişdir. İndi isə “Boston Dynamics”in robotexnika şöbəsi
birbaşa “Softbank”a və
ya onun Vision Fund adlı fonduna məxsus olacaq.