Google Search istifadəçiyə təqdim olunan məlumatın etibarlılıq səviyyəsini yoxlayacaq
Elm & Texnologiya
29.06.2021
Farid Pardashunas
Google mühəndisləri məşhur axtarış sistemi tərəfindən təqdim edilə biləcək etibarsız axtarış nəticələri ilə mübarizə üçün yeni aləti istifadəyə veriblər. İstifadəyə verilmiş yeni alət, tərkibləri müəyyən müddətdən sonra dəyişə bilən kontentlərin şübhəli mənbələrdən olduqları barəsində məlumatı istifadəçiyə çatdıra biləcək. Xüsusi olaraq təlimatlandırılmış süni zəka alqoritmləri istifadəçi tərəfindən axtarılan sorğuya maksimal yaxın axtarış nəticələrini təqdim etmələrinə baxmayaraq həmin nəticələr çox zaman etibarsız ola bilirlər. Bu, ilk növbədə barəsində yetəri qədər etibarlı məlumatın yığılmadığı kontentləri əhatə edir. Buna görə də Google bildirib ki, internetdə bu və ya digər mövzu barəsində ilk çıxan material bəzən ən etibarlı material olmaya bilər.
İstifadəçilərin axtarış nəticələrini eksiklopedik məlumatlar kimi qəbul etməmələri üçün onlar müəyyən axtarış sorğuları barəsində təqdim olunan məlumatların yetəri səviyyədə dolğunluğa sahib olmadıqları barəsində xəbərdarlıq əldə edəcəklər. Bu cür hallarda axtarış nəticələri səhifəsində xüsusi bildiriş əks olunacaq və həmin bildirişdə axtarış sistemi tərəfindən təqdim olunan məlumatların sürətlə yeniləndikləri qeyd olunacaq. Bu halda istifadəçidən bu və ya digər məlumat barəsində daha dolğun materialların ortaya çıxması üçün gözləmək məsləhət görüləcək. Google tərəfindən akkreditə olunmuş mənbələr istisna olacaqlar. Sözügedən funksiya artıq ABŞ-da ingilis dilində olan axtarışlar üçün aktivdir. Yaxın gələcəkdə bu funksiya digər dillər üçün də aktivləşdiriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ