main-post-cover

    Google şirkəti AirDrop funksiyasının analoqunu yaradır

    01.07.2019
    Emil Nəcəfov
        Google şirkəti Android cihazlar üçün AirDrop funksiyasının analoqunu hazırlayır. Bu barədə 9to5google saytına istinadən Macdigger saytı xəbər verib. Fast Share adlı yeni funksiya fayl və mətn sənədləri fraqmentlərinin mübadiləsi üçün Bluetooth-dan və Wi-Fi-dan istifadə edəcək. AirDrop-dan fərqli olaraq Fast Share funksiyasının ayarlarında funksiya tərəfindən görünən cihazları da seçmək mümkün olacaq.
        Beləliklə hətta funksiya deaktiv olduğu zamanda da seçilmiş kontaktlar cihazı tapa biləcəklər. Güman olunur ki, Fast Share funksiyası Android, Chrome OS, iOS və hətta Wear OS əməliyyat sistemli cihazlarda dəstəklənəcək. iOS əməliyyat sistemli cihazlarda bu funksiyadan istifadə üçün ayrıca tətbiq lazım olacaq. Fast Share funksiyasının nə zaman işə salınacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala